Bir yeşik arı ailəsi ilə işə başladı, indi 150 arı ailəsi var
Şamaxıda arıçılıqla məşğul olub gəlir əldə edənlərdən biri də Hümbətovlar ailəsidir. Gənclik dövründən əməksevərliyi, işgüzarlığı, bacarığı və qabiliyyəti ilə seçilən arıçı Brilyant Hümbətova Şamaxı rayonunun Meysəri kəndində yaşayır. Arıçılıq təsərrüfatına böyük marağı və həvəsi olduğundan 15 ildir bu sahədə çalışır. Uşaqlıqdan arıçılığa olan həvəsini reallaşdırmaq üçün xeyli öyrənib və təcrübə qazanıb.
“On beş ilə yaxındır ki, arıçılıqla məşğulam. Bu peşəyə bir qutu arı ailəsi ilə başlamışam, arıxanamı xeyli böyüdərək 150 qutuya çatdırmışam. Fikirləşdim ki, evdar xanım olmaqla, evdə oturmaqla, ev işləri görməklə ailəmə maddi dəstək ola bilməyəcəm. Uşaqlarımız böyüyür, onları oxutmalıyıq, cəmiyyətimizə layiqli bir vətəndaş kimi yetişdirməliyik. Bir sözlə, əlavə gəlirlərə ehtiyac olduğundan bu peşə ilə məşğul olmağa başladım”, - deyə o bildirib.
Daha çox yerli arı cinslərinə üstünlük verdiklərini deyən Brilyant xanım deyib ki, yerli arıların xortumu uzun olur və çiçəklər arasında seçim etmədən nektarı bitkinin dərinliyindən götürür. Həmçinin gün ərzində nektar ardınca uçuşa tez başlayır, ailəsinə də gec qayıdır. Digər arı cinsləri ilə müqayisədə daha çox bal toplayır. Havanın yağışlı, çiskinli vaxtında belə soyuqdan qorxmayaraq nektar dalınca uçur. Yerli arıların məhsuldarlığının əsas əlamətləri, üstünlükləri məhz onun fəal həyat tərzidir.
Azərbaycanda bu peşə qadınlar üçün qeyri-adi hesab olunsa da, arıçılıqla bağlı seminar və təlimlərdə iştirak etdiyini, müxtəlif sertifikatlara layiq görüldüyünü söyləyən Brilyant Hümbətova zəhmətinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini bildirir və Prezidentin Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görüldüyünü qürur hissi ilə vurğulayır.
Təsərrüfatını inkişaf etdirdiyini deyən müsahibimiz qadınları bu gəlirli və səmərəli sahəyə yönəlməyə səsləyir: “Təhsil önəmlidir, qadınlarımızın təhsilli olmağı yaxşıdır. Amma təhsil ala bilməyən xanımlarımız da hər hansı bir peşə seçməklə öz işlərini qura bilərlər. Əsas odur ki, o peşədə özlərini görsünlər, o peşəni sevsinlər. Bu peşələrdən biri də arıçılıqdır. Nə qədər desələr ki, arıçılıq ağır peşədir, şəxsən mən belə düşünmürəm. İnşallah, peşəmi böyük biznesə çevirmək istəyirəm. Allahın izni, dövlətimizin köməyi ilə buna nail olacam”.
Fermer kimi nəinki Şamaxıda, eləcə də regionda yetərincə tanınan Brilyant Hümbətova ictimai-siyasi fəallığı ilə də seçilir. Kənd Təsərrüfatı Nazirliyinin Kənd Assosiasiyası Qadınlar Birliyinin Milli Məsləhət Şurasının və rayon icra hakimiyyətində İctimai Şuranın da üzvüdür, rayonda fermerlər şurasına ikinci dəfə sədr seçilib.
Bir qədər ağır, həm də gəlirli sahənin öhdəsindən gəlməkdə ona həyat yoldaşı Faiq Hümbətov da dəstək olur. Axı arı qutularının bir ərazidən digər əraziyə köçürülməsi, daşınması, həmçinin bəzi fiziki işlərin görülməsi o qədər də asan başa gəlmir. “Gəlirli sahədir, amma eyni zamanda zəhmət tələb edən işdir. 30-35 dərəcə günün altında arılarla işləmək, onlara qulluq etmək hər adamın işi deyil. Düzdür, çətindir, amma biznes tərəfindən baxanda dolanışıq mənbəyidir”, - deyə o vurğulayıb.
Xatırladaq ki Şamaxıda onlarca peşəkar arıçı fəaliyyət göstərir. Arıçılara göstərilən dövlət dəstəyi bu sahənin inkişafına kömək edir. “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il Şamaxı rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə ümumilikdə, 170 min 600 manat subsidiyanın ödənilməsi nəzərdə tutulur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
9 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
10 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
11 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























