Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan şirkəti olan "CRM GROUP" MMC hazırda Azərbaycana idxal olunan məhsulların yerli əvəzedicilirərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İT proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
"CRM GROUP" MMC şirkətinin məqsədi Azərbaycan və regional İT bazarının tələblərinə əsasən yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin İT innovasiyaların "Made in Azerbaijan" brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.
Şirkətin təqdim etdiyi "CRM İT İNNOVATİON PRODUCTS" layihəsinin Pirallahı adasında Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.
Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilə qədər Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribyutoru olması, həmçinin İT proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.
Qeyd edək ki Yüksək Texnologiyalar Parkı yerli İT şirkətləri ilə yanaşı innovativ startap lahiyələrə daimi olaraq dəstək verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






























