Banklararası pul bazarı aktivləşir - SON 2 YDA 2,2 MİLYARD MANATLIQ 193 ƏQD
Ötən iclasdan bəri monetar şəraitdə inflyasiyaya azaldıcı təsirləri gücləndirəcək bir sıra dəyişikliklər baş vermişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında bildirilir.
Qeyd edilib ki, valyuta bazarında tarazlıq və nominal effektiv məzənnənin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdırmaqda davam edir. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempinin yüksəlməsi müşahidə edilmişdir. Belə ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempi 9 ayda 7.5%-ə yüksəlmişdir.
Cari ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldilmişdir.
Bütün bunlar eyni zamanda banklararası pul bazarında aktivləşmə ilə müşayiət olunur. “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında sentyabr ayında 788 milyon manat məbləğində 69 ədəd əqd, oktyabrın ötən dövründə isə 1 milyard 426 milyon manat məbləğində 124 əqd bağlanmışdır. Oktyabrda bağlanmış əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə sentyabrda 48 milyon manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 milyon manat məbləğində 20 əqd baş tutmuşdur.
Son 2 ayda pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi faiz dəhlizinin, xüsusilə də uçot dərəcəsinin maliyyə sektorunda faizlərə təsirinin güclənəcəyini gözləməyə əsas verir. Bu da məcmu tələbin tənzimlənməsi vasitəsilə inflyasiyaya təsir imkanlarını artıracaqdır. Yeni əməliyyat çərçivəsinin tətbiqi sahəsində bank ictimaiyyəti ilə aktiv kommunikasiya da faiz dəhlizinin ötürücülüyünün güclənməsinə dəstək verir.
Yeni çeşiddə sterilizasiya əməliyyatlarının aktivləşməsi və büdcənin profisitli olması ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılmışdır.
Yüksək iqtisadi aktivlik şəraitində kreditlərə tələb də yüksək olaraq qalır. 2022-ci ilin sentyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 3%, ilin əvvəlinə nəzərən 15.1%, ötən ilin eyni ayına nəzərən isə 23.5% artmışdır.
2022-ci il ərzində verilmiş pul siyasəti qərarlarının iqtisadiyyata təsirləri cari ilin qalan dövründə və 2023-cü ildə də özünü göstərəcəkdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























