"Ziraat Bank Azərbaycan"nın xalis mənfəəti kəskin artıb
"Ziraat Bank Azərbaycan" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 6 milyon 181 min manat xalis mənfəət ilə başa vurub.
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 2 milyon 282 min manat və ya 58,5 % artıb. Bank ötən ilin eyni dövründə 3 milyon 899 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin artması Bankın gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 4 milyon 632 min manat və ya 29,6% artaraq 20 milyon 253 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 260 min manat və ya 84,4 % artaraq 9 milyon 308 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın faiz xərcləri 481 min manat azalaraq 5 milyon 58 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 270 min manat artaraq 11 milyon 870 min manat təşkil edib.
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 8 milyon 892 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 789 min manat artıb. Yəni, gəlirlərdəki artımın 20%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 7 milyon 102 min manat artım baş verib.
"Ziraat Bank Azərbaycan" ASC-nin əməliyyat mənfəəti 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 7 milyon 102 min manat və ya 128% artaraq 12 milyon 633 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 463 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 989 min manat mənfəət vergisi ödəyib. Müqayisə üçün qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ötən ilin eyni dövründə 5 milyon 531 min manat əməliyyat mənfəətindən 1 milyon 290 min manat ehtiyata ayırmış və 341 min manat mənfəət vergisi ödəmişdi.
KREDİT PORTFELİ ARTIB
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 68 milyon 669 min manat və ya 29,7 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 299 milyon 881 min manat təşkil edib.
BANK BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC 435 milyon 794 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 388 milyon 71 min manat cəmi aktivlərə malik idi.
"Ziraat Bank Azərbaycan"ın depozit portfeli 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 9 milyon 932 min manat və ya 3,3% artaraq 217 milyon 77 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATI AŞIB
30 Sentyabr 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" 100 milyon 479 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 78 milyon 29 min manat idi).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
31 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 39 d. əvvəl
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az

























