ABŞ şirkətləri Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlıdır
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında turizm üzrə əməkdaşlıq imkanları oktyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirilib.
Görüşdə Fuad Nağıyev Agentlik tərəfindən postpandemiya dövründə turizmin bərpası üzrə görülən tədbirlər, qurumun tabeliyindəki qoruqların ərazilərində son dövrlərdə aparılan bərpa və yenidənqurma işləri haqqında məlumat verib. O, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin turizm potensialı və DTA tərəfindən Qarabağda aparılan qiymətləndirmələr əsasında hazırlanan layihələrdən bəhs edib.
Həmçinin Fuad Nağıyev regional turizmin inkişafının prioritet istiqamət olduğunu, 2019-cu ilin rəqəmləri ilə müqayisədə turizmin təxminən 50 faiz bərpa olunduğunu, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirildiyini bildirib.
ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycanda zəngin tarixi-mədəni irs, təbiət, etnik və dini müxtəliflik, stabillik, çoxçeşidli turizm imkanları kimi amillərin mövcudluğunu, Azərbaycanın turizmin inkişaf etdirilməsi üçün geniş potensiala malik olduğunu qeyd edib. O, amerikan şirkətlərinin Azərbaycanın turizm infrastrukturuna investisiya qoyuluşunda maraqlı olduqlarını diqqətə çatdırıb. Müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycanda müasirlik və tarixiliyin uğurla vəhdət təşkil etdiyini vurğulayaraq amerikan turistlər arasında Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini bildirib.
Görüşdə birbaşa uçuşlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib, eyni zamanda Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə (USAID) “Özəl Sahibkarlığa Dəstək” layihəsi çərçivəsində əməkdaşlıq, xüsusilə kənd turizmi, aqroturizm və qastroturizm imkanlarının inkişafına yönəlmiş layihələr haqqında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























