Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq açıqlanıb
Kənd təsərrüfatının inkşafı iqtisadi siyasətin prioritetlərindəndir. Hazırkı qlobal çağırışlar dövründə isə bu sahənin önəmi daha da artıb. Aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. Ölkəmizdə yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, aqrar sektora maliyyə dəstəyi, vergi, eləcə də texnika və gübrə təminatı ilə bağlı tətbiq edilən güzəştlər, taxılçılığa subsidiya verilməsi, bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır. Bu baxımdan, aqroparklar səmərəli mexanizmdir. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadə, düzgün aqrotexniki qulluq və s. həyata keçirirlər.
Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hHazırda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88,8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür.
Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 3,2 ton/ha). Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/ha (ölkə üzrə 3,2 ton/ha), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton/ha), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edib.
Qeyd edilib ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 26 d. əvvəl
-
37 d. əvvəl
Milli Ödəniş Sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi açıqlandı: 841 mİLYARD MANAT
-
-
12 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
-
13 saat əvvəl
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
15 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
16 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
16 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 16 saat əvvəl
-
17 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan banklarında 507 milyard manatlıq köçürmə
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Ən çox oxunanlar
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"


























