Hyundai-ın avtomobil satışı və xalis mənfəəti artıb
Hyundai Motor-un xalis mənfəəti yanvar-sentyabr aylarında 3,93 milyard dollara çatıb
Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motorun səhmdarlarına aid olan xalis mənfəəti 2022-ci ilin üç rübündə (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% artaraq 5,66 trilyon von (təxminən 3,93 milyard dollar) təşkil edib.
Marja.az xəbər verir ki, şirkətin əməliyyat mənfəəti 25,5% artaraq 6,461 trilyon vona (4,5 milyard dollar) çatıb. Gəlir 20,1% artaraq 104,004 trilyon vona (72,2 milyard dollar) təşkil edib.
Üçüncü rübdə (iyul-sentyabr) səhmdarlara aid olan xalis mənfəət 2,7% azalaraq 1,272 trilyon vona (0,88 milyard dollar) düşüb. Şirkətin üç ay ərzində əməliyyat mənfəəti 3,4% azalaraq 1,552 trilyon von (1,07 milyard dollar) olub.
Rüblük gəlir eyni zamanda 30,6% artaraq 37,705 trilyon von (26,18 milyard dollar) təşkil edib.
2022-ci ilin 3-cü rübü ərzində şirkət 1 milyon 25 min ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Hyundai Motor Company 1967-ci ildə yaradılıb və 1999-cu ildən Hyundai-Kia Avtomobil Qrupunun bir hissəsidir. Qərargah Seulda yerləşir. Şirkət Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısıdır və dünyada dördüncüdür. Şirkət minik avtomobilləri, yük maşınları və avtobuslar istehsal edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
