Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Elektrik avtomat və sayğac istehsalı zavodu tikiləcək - 26 milyon manat sərmayə, 83 iş yeri

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident
iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrik avtomat və sayğac istehsalı zavodu tikiləcək -  26 milyon manat sərmayə, 83 iş yeri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi qeydiyyata alınıb. Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Sənaye Parkının 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisə inşa olunacaq.

İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

SENSEMI DMCC elektrik avtomat sayğac
22.10.2022 13:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18