Dollar/yen məzənnəsi 1990-cı ildən bəri ilk dəfə 150-ni keçdi
Dollar/yen məzənnəsi 150 səviyyəsini keçərək 1990-cı ildən bəri ən yüksək səviyyəsini test edib.
Marja xəbər verir ki, Yaponiyanın maliyyə naziri Shunichi Suzuki məzənnəni “diqqətlə” izlədiklərini bildirib.
Keçən ay dollar/yen məzənnəsi 145-i ötdüyü zaman Yaponiya hökuməti uzun müddət sonra ilk dəfə valyuta bazarına müdaxilə etdi (dollar satıb yen aldı). Bu müdaxiləyə baxmayaraq, dollar yen qarşısında bahalaşmağa davam edir.
Maliyyə Nazirliyində jurnalistlərə açıqlama verən Suzuki bəyan edib ki, hökumət mövcud siyasətə uyğun olaraq, valyuta bazarında yenin hərəkətinə "uyğun cavab verəcək".
Yaponiya Mərkəzi Bankının (BOJ) sədri Haruhiko Kuroda valyuta bazarında sabitliyin "çox vacib olduğu" çağırışını təkrar edərək, yenin ucuzlaşmasını kəskin və birtərəfli olaraq xarakterizə edib.
"Yenin bu ucuzlaşması şirkətlərin öz fəaliyyətlərini planlaşdırmalarını çətinləşdirir və iqtisadi perspektivdə qeyri-müəyyənlik yaradır. Bu, iqtisadiyyatımız üçün mənfi və arzuolunmaz vəziyyətdir", - Kuroda bildirib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























