Yubiley və xatirə pul nişanlarının satışı qaydası dəyişdi
Mərkəzi Bankın məlumatı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na (Qayda) əsasən həyata keçirilir.
Mərkəzi Bankın İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 12 oktyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.
Dəyişikliyə əsasən yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu zaman, “Nağdsız hesabalaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənişin məbləği 4000 (dörd min) manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcəkdir.
Bununla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə etmişdir.
Eyni zamanda əhalinin nəzərinə çatdırılır ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.(https://www.cbar.az/moneymarks/coins?category=2).
Bu pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (https://coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























