Bayden gələn həftə ABŞ-da benzinin qiymətinin aşağı salınması tədbirləri barədə danışacağına söz verib
ABŞ prezidenti Co Bayden gələn həftə administrasiyanın ölkədə benzinin qiymətinin aşağı salınmasına yönəlmiş tədbirləri barədə danışacağına söz verib.
"ABŞ-da benzinin qiymətləri hələ də çox yüksəkdir və biz onların aşağı salınması üzərində işləməyə davam etməliyik. Mən gələn həftə bu barədə daha çox məlumat verə biləcəyəm", - Amerika lideri Los-Ancelesdə çıxışı zamanı deyib.
O, əlavə təfərrüatları açıqlamayıb və onun sözlərinin administrasiyanın qiymətlərin aşağı salınmasına yönəlmiş bəzi yeni addımları açıqlamaq niyyətində olduğunu ifadə edib-etmədiyini dəqiqləşdirməyib.
"Biz həmçinin qiymətlərin aşağı salınmasında daha çox irəliləyiş əldə etməliyik. Hazırda iqtisadiyyatımızdakı ən böyük problemin işçilərin çox pul qazanması olduğunu söyləyən respublikaçı dostlarımla tamamilə razı deyiləm", Bayden deyə davam edib. Onun sözlərinə görə, “bütün dünya üçün ən böyük problem qlobal inflyasiya, pandemiya eləcə də Ukraynadakı vəziyyətdir". Eyni zamanda, Amerika prezidentinin sözlərinə görə, onun administrasiyasının iqtisadi proqramı sayəsində Birləşmiş Ştatlar “dünyanın hər hansı digər iqtisadiyyatından daha yaxşı vəziyyətdədir”.
ABŞ-da benzinin pərakəndə satış qiymətinin artırılması dünya bazarında neftin qiymətinin artması fonunda ötən qışın sonunda başlayıb. İyun ayında ABŞ-da yanacağın qiymətləri qallon üçün 5,016 dollara çatıb. Prezident administrasiyası yay aylarında neft ehtiyatlarından satış hesabına ölkədə benzinin qiymətində ucuzlaşmaya nail olub. Qiymətlər 15%-dən çox azalaraq gallon üçün 4 dollardan (3,785 litr) aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
















