İKEA qiymətləri artıracaq
Qlobal mebel nəhəngi İKEA, inflyasiya artdığı üçün bu il qiymətləri artırmaqdan başqa seçimlərinin olmadığını açıqlayıb.
Marja xəbər verir ki, brendin dünya üzrə ana şirkəti olan "Inter Ikea Group"un baş direktoru Jon Abrahamsson Ring deyib: “Qiymətləri yüksəltmək mənim ürəyimi parçalayır. Təəssüf ki, artan xammal və nəqliyyat xərclərini gözardı edə bilmərik”.
Ring, "Inter Ikea"nın son iki maliyyə ili ərzində bir milyard avrodan çox xərcləri öz üzərinə götürdüyünü bildirib.
İstehlakçılar yanacaq və enerji xərcləri artdıqca qeyri-vacib xərcləri azaltmağa meyllidirlər və bu, dünya üzrə pərakəndə satıcıların satışlarına mənfi təsir göstərir.
Abrahamsson Ring, qlobal böhranın baş verəcəyi qorxusu ilə istehlakçı inamının azalması ilə Ikea-nın satışlarının mənfi təsirləndiyini qeyd edib.
Ring, yüksək inflyasiya şəraitində şirkətin bu il indiyədək qiymətləri mümkün qədər aşağı saxlamağa çalışdığını qeyd edib.
Gələcəyə baxaraq, Baş direktor bu maliyyə ili üçün ehtiyatla optimist olduğunu və inflyasiyasının tədricən azalmağa başlayacağını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















