ABŞ, OPEC+-ın neft hasilatın azaldılması ilə bağlı qərarını bir ay təxirə salmağı təklif edibmiş
Qəzet qeyd edir ki, Ər-Riyad nümayəndələri Amerika tərəfinin təklifini rədd ediblər.ABŞ Səudiyyə Ərəbistanına OPEC+-ın neft hasilatının azaldılması ilə bağlı qərarını bir ay təxirə salmasın təklif edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal" danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, oktyabrın 5-də Vyanada OPEC+ sazişində iştirak edən dövlətlərin görüşündən bir müddət əvvəl ABŞ nümayəndələri “Səudiyyə Ərəbistanı və digər böyük neft hasil edən Fars körfəzinin ölkələrindəki həmkarlarına təcili müraciətlə zəng edib. Onlar hasilatın həcminin azaldılması ilə bağlı qərarı bir ay təxirə salınmasını istəyiblər. O cümlədən, Amerika nümayəndələri qeyd ediblər ki, qərar təxirə salınarsa və Brent markalı neftin qiyməti 75 dollar/barelə düşərsə, ABŞ strateji ehtiyatlarını artırmaq üçün bazar qiymətinə neft alacaq.
“The Wall Street Journal” yazır ki, Ər-Riyad nümayəndələri Amerika tərəfinin təklifini rədd ediblər. Nəşrin mənbələrinə görə, Ər-Riyadda təklif, Konqresə aralıq seçkilər ərəfəsində “Bayden administrasiyasının siyasi hiyləsi” hesab edilib.
OPEC+ sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən görüşdə neft hasilatının noyabr ayından başlayaraq gündəlik 2 milyon barel azaldılması barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Qərardan sonra neft qiymətləri yüksəlib.
ABŞ prezidenti Co Bayden CNN-ə deyib ki, ABŞ-ın etirazına baxmayaraq OPEC+-ın hasilatı azaltmaq barədə qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.
Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərlə bağlı hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.
Baydenin bəyanatı Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendezin ABŞ-ı Səudiyyə Ərəbistanı ilə bütün əlaqələri, o cümlədən silah satışını dərhal dondurmağa çağırmasından bir gün sonraya təsadüf edir.
Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, prezident Co Bayden ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərə yenidən baxılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat





















