BVF qlobal inflyasiyanın gözləniləndən daha uzun müddət yüksək qalacağını bildirib
Fondun ekspertlərinin fikrincə, qlobal inflyasiya 2022-ci ilin sonunda pik həddə çatacaq.Dünyada inflyasiyası əvvəllər düşünüldüyündən daha uzun müddət yüksək qalacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Vaşinqtonda yayılan Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.
"Biz qlobal inflyasiyanın 2022-ci ilin sonunda zirvəyə çatacağını gözləyirik, lakin 2024-cü ilə qədər 4,1%-ə düşərək, əvvəllər gözləniləndən daha uzun müddət yüksək qalacaq. Məlumatlara görə, bu il dünyada istehlak mallarının qiymətlərinin artımı orta hesabla 8,8%, gələn il isə 6,5% təşkil edəcək. Bu, iyul ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,5 və 0,8 faiz bəndi çoxdur",- hesabatda deyilir.
Hesabatda qeyd edilib ki, əksər ölkələr üzrə inflyasiya proqnozları iyul ayı hesabatı ilə müqayisədə bir qədər yuxarıya doğru dəyişdirilib. Fond bunun səbəbləri arasında ərzaq və enerji məhsullarının bahalaşmasını göstərir.
Son hesablamalara görə, inkişaf etmiş iqtisadiyyatlarda bu il inflyasiya 7,2%, növbəti ildə isə 4,4% olacaq. İyulda BVF mütəxəssisləri rəqəmlərin müvafiq olaraq 0,6 və 1,1 faiz bəndi aşağı olacağına inanırdılar.
Hesabatda "2021-ci ildən bəri inflyasiya əvvəllər gözləniləndən daha sürətli və amansız artıb. 2022-ci ildə inkişaf etmiş iqtisadiyyatlarda inflyasiya 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatıb",- bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















