Türkiyənin böyük şirkətlər qrupu Azərbaycanda rəqəmsal ödəniş xidmətini işə saldı
Türkiyənin "Koç" qrupunun şirkətlərindən biri olan "Token Azərbaycan" MMC rəqəmsal ödəniş xidmətini istifadəyə verib.
Marja.az xəbər verir ki, ödəniş xidməti Odero markası ilə təqdim edilir.
"Onlayn ödənişə innovativ yanaşma gətirən Odero sizə yeni maliyyə vərdişləri qazandırmağı və işlərinizi asanlaşdırmağı hədəfləyir. Odero olaraq xidmət provayderləri, satıcılar və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu bir rəqəmsal ödəniş təcrübəsi təqdim edirik",- şirkətin məlumatında bildirilir.
Odero - Virtual POS, Linklə Ödəniş, Kart Yadda Saxlama, Elektron Pul Kisəsi və İnnovativ Onlayn Mağaza xidmətlərini təklif edir.
Odero Virtual POS ilə veb-saytınızda 7/24 istənilən debet və kredit kartı ilə asanlıqla ödəniş qəbul edə bilərsiniz.
Oderonun Linklə Ödəniş xidmətinə qoşulmaqla heç bir inteqrasiyaya ehtiyac olmadan tək linklə istənilən yerdən ödəniş qəbul etmək mümkündür.
Müştərilərinizin kart məlumatları Odero-da təhlükəsizdir. PCI-DSS sertifikatlı infrastruktura malik Odero Kart Yadda Saxlama həlli ilə ödəyicilərinizin kartları təhlükəsiz şəkildə saxlanılır.Beləliklə, təkrar ödənişlərdə əməliyyat bir kliklə tamamlanır və satış itkilərinizin qarşısı alınır.
Odero Elektron Pul Kisəsi isə istənilən mobil cihaz və ya kompüterdən bir kliklə ödəniş və geri qaytarma əməliyyatlarını bir neçə dəqiqə ərzində tamamlamaq imkanı yaradır.
Odero ilə innovativ onlayn veb-mağazaya sahib olaraq satış etməyə başlamaq da mümkündür.
Odero xidmətlərindən faydalanmaq üçün VÖEN-iniz olmalıdır. Şirkətin saytı vasitəsilə müraciət edərək xidmətlərdən faydalanmağa başlamaq mümkündür.
Müraciətdən dərhal sonra müraciət edən ilə əlaqə saxlanılır, məlumat və sənədlər tam qaydasında olduqda 24 saat ərzində müraciət yekunlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
19 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
40 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
57 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq


























