Türkiyənin illik cari kəsiri 4 ilin ən yüksək səviyyəsinə çatıb
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) avqust ayı tədiyyə balansı statistikasına görə, aylıq cari kəsir 3,11 milyard dollar olub. İllik cari kəsir isə 40 milyard dolları keçərək 2018-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.Türkiyənin cari kəsiri avqust ayında da artmaqda davam edib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) açıqladığı məlumatlara görə, cari əməliyyatlar kəsiri avqust ayında 3,11 milyard dollar olub. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu kəsirin 3,2 milyard dollar səviyyəsində olacağı istiqamətində idi.
TCMB məlumatlarına görə, illik cari kəsir 40,9 milyard dollar təşkil edib. Beləliklə, illik cari kəsir avqust ayında 2018-ci ildən bəri ən yüksək həddə çatıb.
TCMB-nin qiymətləndirməsinə görə, tədiyə balansında müəyyən edilən xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,8 milyard dollar artaraq 9,7 milyard dollara çatıb.
Əsas göstərici olan qızıl və enerji xaric cari əməliyyatlar hesabı, əvvəlki ilin eyni ayında 4,97 milyard dollar müsbət saldo vermişsə, avqust ayında 6,3 milyard dollar müsbət saldo yaranıb.
Xidmətlər balansından daxilolmalar əvvəlki ilin eyni ayına nisbətən 2,5 milyard dollar artaraq 7,2 milyard dollara yüksəlib. Səyahət bəndindən yaranan xalis gəlirlər 1,43 milyard dollar artaraq 5,13 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















