Əmtəələrdə müharibə narahatlığı
Rusiyanın Ukraynanın bir çox şəhərlərində mülki hədəfləri vurması beynəlxalq ictimaiyyətin narahatlığını artırıb, əmtəə bazarında qiymət artımlarına səbəb olub.Rusiya prezidenti Vladimir Putinin Krımda imza atdığı layihəsi olan Kerç körpüsünün partladılması və ardınca Rusiyanın Ukraynanın bir çox şəhərinə raket hücumları enerji və ərzaq bazarlarında tarazlığın yenidən sarsılmasına səbəb olur.
Marja xəbər verir ki, Kiyev administrasiyasının Rusiyanın onun enerji infrastrukturuna hücumundan sonra elektrik enerjisi ixracını dayandıracağı barədə bəyanatı bazar ertəsi Avropada qazın qiymətini artırıb.
Müharibənin şiddətlənməsi Ukrayna taxıl dəhlizi razılaşmasını təhdid edir, bununla əlaqədar olaraq buğdanın qiyməti son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bazar ertəsi Çikaqoda buğda fyuçersləri 7,9 faiz bahalaşıb.
Qarğıdalı fyuçersləri 3,4 faiz bahalaşaraq iyunun 21-dən bəri ən yüksək bağlanış qiymətinə çatıb.
Bayden administrasiyası Putinin daha çox raket zərbələri endirə biləcəyini açıqlayıb, Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz verib. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında aparılmış danışıqla bağlı Ağ Evin bəyanatında deyilir: “Prezident Bayden Ukraynaya lazım olan dəstəyi, o cümlədən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini vəd edib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















