Lenovo fərdi kompüterlərin satışı üzrə dünyada liderliyini qoruyub saxlayır
Beynəlxalq Data Korporasiyasının məlumatına görə, iyul-sentyabr aylarında Çin istehsalçısının tədarükləri 16,88 milyon ədəd təşkil edib.Çinin Lenovo şirkəti bu ilin üçüncü rübündə fərdi kompüterlərin satışı üzrə dünya liderliyini qoruyub saxlayıb.
Marja.az xəbər verir ki, bu barədə International Data Corporation (IDC) tədqiqat şirkətinin çərşənbə axşamı dərc etdiyi hesabatında deyilir.
2022-ci ilin iyul-sentyabr aylarında Çin istehsalçısı dünya bazarından 22,7% pay alaraq 16,88 milyon ədəd fərdi kompüter tədarük edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olub. Belə ki, ötən ilin iyul-sentyabr aylarında Lenovo-nun satışının həcmi 20,12 milyon ədəd səviyyəsində olmuşdu.
Fərdi kompüterlərin tədarükünə görə üçüncü rübdə ikinci və üçüncü yerləri dünya bazarında müvafiq olaraq 17,1% və 16,1% paya malik olan HP və Dell brendləri tutur. Onların satışlarının həcmi müvafiq olaraq 12,7 milyon ədəd və 11,9 milyon ədəd təşkil edib.
IDC-nin hesablamalarına görə, iyul-sentyabr aylarında fərdi kompüterlərin dünya tədarükünün ümumi həcmi 74,2 milyon ədəd təşkil edib. Tələbin azalması fonunda müvafiq rəqəm illik ifadədə 15% azalıb. Hesabatda bildirilir ki, sifarişlərin əsas hissəsi korporativ müştərilərin payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















