Qlobal ərzaq qiymətləri enməkdə davam edir
FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib. Sentyabr ayında İndeksin azalması bitki yağlarının beynəlxalq qiymətlərinin kəskin düşməsi və şəkər, ət və süd məhsullarının qiymətlərinin mülayim azalması ilə əlaqədardır. Yeni azalmaya baxmayaraq, İndeks ötən ilin müvafiq ayında öz dəyərindən 7,2 bənd (5,5 faiz) yuxarı qalıb.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.
Marja xəbər verir ki, sentyabr ayında indeks aylıq müqayisədə 1,1% azalıb. İndeks illik müqayisədə isə 5,5% artımdadır.
Bitki yağı qiymətlərinin enməsi indeksin geriləməsini səbəb olub. Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisə 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Taxıl Qiyməti İndeksi aylıq 1,5% artıb. Beynəlxalq buğda qiymətləri 2,2% artıb.
Süd Məhsullarının Qiyməti İndeksi, bazar qeyri-müəyyənlikləri və qlobal iqtisadi artım narahatlıqları fonunda, əsasən, ABŞ dolları qarşısında zəif avronun təsirini əksio laraq 0,6 faiz azalıb.
Ət qiymət indeksi 0,5 düşüb.
Şəkər Qiyməti İndeksi, əsasən, Braziliyada artan istehsal gözləntiləri, aşağı etanol qiymətləri və məzənnə təsirləri səbəbiylə sentyabr ayında 0,7 faiz azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















