Qlobal baş direktorlar "qısamüddətli tənəzzül" gözləyirlər
KPMG-nin illik "Global CEO" sorğusunun nəticələrinə görə, CEO-lar (şirkətlərin baş direktorları) yaxın 12 ayda tənəzzül gözləyirlər, lakin əksəriyyət bunun “qısamüddətli və mülayim” olacağını proqnozlaşdırır.Audit, vergi, korporativ maliyyə və konsaltinq sahələrində xidmətlər göstərən KPMG-nin iyul-avqust aylarında keçirdiyi və 1300 baş direktorunun (CEO) iştirak etdiyi sorğuya əsasən qarşıdakı 12 ayda tənəzzül gözlənilir.
Marja xəbər verir ki, tənəzzülün qısamüddətli və mülayim ola biləcəyini qeyd edən sorğu iştirakçıları bunun pandemiyadan sonra şirkətlərin davamlı sağalmasına mane ola biləcəyindən narahatdırlar.
Sorğuya görə, Asiya Sakit Okean regionunda tənəzzül gözləntiləri daha aşağı olub. Respondentlərin 63 faizi gələn il resessiya gözlədiyi halda, qlobal gözlənti 86 faizdir.
Böhran gözlənməsinə baxmayaraq, CEO-ların ilin əvvəli ilə müqayisədə daha optimist olduqları və 3 illik dövr üçün artım gözlədikləri müşahidə edilib.
KPMG-dən bildirilib ki, "Dünya üzrə baş direktorların qlobal iqtisadiyyata inamı və üç illik perspektivdə optimist gözləntiləri var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















