ABŞ Rusiyaya dollar verilməsini qadağan etdi
Rusiya və Belarus SDR-lərinin ABŞ dollarına konvertasiya edilməsi qadağan olundu.ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü ABŞ Maliyyə Nazirinin Rusiya və Belarusa Beynəlxalq Valyuta Fondunun (BVF) SDR-ləri (xüsusi borclanma hüququ) müqabilində dollar verilməsini qadağan edən qanunu imzalayıb.
Marja xəbər verir ki, Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident maliyyə nazirinə Rusiya və ya Belarusiyaya məxsus xüsusi borc alma hüquqlarının mübadiləsi ilə bağlı əməliyyatları həyata keçirməyi qadağan edən qanunu imzalayıb", - məlumatda deyilir.
2021-ci ilin avqustunda BVF pandemiyanın təsirindən zərər çəkmiş iqtisadiyyatların bərpasına kömək etmək üçün üzv ölkələrə 650 milyard dollarlıq SDR ekvivalentini təsdiqləyib. Həmin vaxt Rusiya fonddan öz kvotasına uyğun olaraq 12,3 milyard SDR alıb ki, bu da o zaman 17,5 milyard dollara bərabər idi. 2021-ci ilin sentyabrında maliyyə nazirinin müavini Timur Maksimov bu vəsaitin ölkənin qızıl-valyuta ehtiyatlarına əlavə edildiyini bildirib.
Qaydalara görə, SDR beş valyutaya dəyişdirilə bilər: dollar, avro, yen, funt sterlinq və yuan. BVF SDR-ləri Rusiyanın beynəlxalq ehtiyatlarının təxminən 3,5-4%-ni təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























