Azərbaycanda “McCafe”nin açılışı olub! - ÜNVANLAR
“McDonald's” şəbəkəsinin tərkib hissəsi olan dünyaca məşhur “McCafe” şəbəkəsi artıq Azərbaycanda!(®) “McDonald's Azərbaycan”ın Bakı və Sumqayıt şəhərlərində yerləşən 5 restoranında “McCafe”nin açılışı olub.
Bu brendin əsas xüsusiyyəti burada münasib qiymətə və komfortlu şəraitdə premium keyfiyyətli dənli qəhvə və nəfis desertlərin təqdim olunmasıdır.
Şirkət nümayəndələrinin verdiyi məlumata görə, “McCafe”nin bütün əməkdaşları qəhvə və onun əsasında müxtəlif içkilərin hazırlanması üzrə xüsusi təlim kursu keçmiş baristalardır. Daha bir vacib məqam hər bir fincan qəhvənin İtaliyanın “Nuova Simonelli” şirkətinin qəhvə maşını ilə hər qonaq üçün fərdi olaraq hazırlanmasıdır.
“McCafe” təchizatçılarının seçimi təqdim olunan məhsulların “McDonald's” standartlarına cavab verməsinə dair ciddi tələb əsasında həyata keçirilib. Qəhvə içkilərinin hazırlanmasında Mərkəzi və Cənubi Amerikadan gətirilən seçilmiş 100% “Arabica” dənələrindən istifadə olunur.
“Qəhvə sənayesinin innovativ konsepsiyaları və ən qabaqcıl təcrübələri “McCafe”də nəzərə alınıb. Baristalarımız təkcə əla qəhvə hazırlamır, həm də xüsusi xidmət və qonaqpərvərlik ab-havası yaradırlar. Əminik ki, qonaqlarımız yüksək keyfiyyətli qəhvə dənələrinin desertlərlə harmoniyasını layiqincə qiymətləndirəcək, “McCafe” isə şəhər sakinlərinin sevimli istirahət məkanlarından birinə çevriləcək”, - “McDonald's”ın nümayəndəsi bildirib.
Onu da bildirək ki, “McCafe”nin açılması onlarla yeni iş yerinin yaradılması deməkdir. Aparıcı ictimai qida şəbəkələrindən biri olan və hazırda ölkədə 21 restoranla təmsil olunan “McDonald's” ümumilikdə 2000-dən çox Azərbaycan vətəndaşını işlə təmin edir.
Aşağıda artıq “McCafe” kafelərinin fəaliyyət göstərdiyi “McDonald's Azərbaycan” restoranlarının ünvanlarını təqdim edirik:
1. Fəvvarələr meydanı
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Nizami küç., 340-cı məhəllə.
2. Əhmədli
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Sarayevo küç., 1e, 2322-ci məhəllə
3. Binəqədi
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova, 2
4. Grand Hayat
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə.
5. Sumqayıt
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, Bağça Şəhər yaşayış kompleksi, bina 16a
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir



























