Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir - Azərbaycanda ilk dəfə!
Lider mobil operator Azercell-in yeni “İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir(®) Oktyabr ayının 3-dən etibarən Azercell ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən “İstəSən” tarifini istifadəyə verir.
Tarifin əsas paketi çərçivəsində müştərilərə 7 AZN-ə 30 ölkədaxili dəqiqə və 3GB internet təklif olunur. Abunəçilər fərdi ehtiyac və istəklərinə görə Azercell-in “Kabinetim” tətbiqində paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də Instagram/Facebook, YouTube və TikTok üçün internet əlavə edə bilərlər. Qeyd edək ki, daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur.
“Kabinetim”lə yanaşı, tarifi 7575 qısa nömrəsinə IsteSen açar sözünü göndərməklə, Azercell Müştəri Xidmətləri ofislərində, diler dükanlarında və ya Azercell-in rəsmi internet səhifəsində aktivləşdirmək mümkündür. Tarif haqqında ətraflı məlumatı www.azercell.com səhifəsindən əldə etmək olar.
Hər bir müştərinin fərdi ehtiyaclarına yönəlmiş bu yeni məhsul, abunəçilərə ən sərfəli tarif paketlərini yaratmağa daha geniş imkanlar təqdim edir.
Öz tarifinizi Azercell ilə yaradın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir

























