S&P Türkiyənin iqtisadi artım proqnozlarını yüksəltdi
Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Türkiyə iqtisadiyyatının bu il üçün artım proqnozunu 5,2 faizə, gələn il üçün isə artım proqnozunu 2,8 faizə qaldırdığını açıqlayıb.Kredit reytinq agentliyinin dərc etdiyi Standard & Poor's (S&P) "Qlobal İqtisadi Proqnozlar, EMEA (Avropa, Yaxın Şərq və Afrika) və İnkişaf etməkdə olan Bazarlar; İnflyasiya və Faiz Nisbətləri" başlıqlı hesabatında Türkiyənin bu il və gələn il üçün iqtisadi artım proqnozlarını artırdığını açıqlayıb.
Marja xəbər verir ki, hesabatda Türkiyə iqtisadiyyatının bu il üçün iqtisadi artım proqnozu 1,7 bənd artırılaraq 5,2 faizə yüksəldilib. Turizm sektorunun güclü performansı Türkiyə iqtisadiyyatının artım proqnozunu yenidən nəzərdən keçirməsinə səbəb kimi göstərilib.
S&P-nin hesabatında qeyd olunub ki, həmçinin, Türkiyə iqtisadiyyatının bu il üçün artım gözləntisinin yuxarıya doğru revizə edilməsi qərarı, stimullaşdırıcı makroiqtisadi siyasət addımlarının gələcəkdə də davam edəcəyinə dair gözləntiləri əks etdirir.
Hesabatda Türkiyənin 2023-cü il parlament və prezident seçkiləri öncəsi hökumətin həyata keçirə biləcəyi mümkün əlavə siyasət dəstəyi gözləntiləri ilə gələn il üçün iqtisadi artım gözləntisinin 1,1 bənd artırılaraq 2,8 faizə çatdırıldığı qeyd olunub.
İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır
S&P hesabatında bildirilib ki, bu ilin avqust ayında 80 faizə çatan inflyasiyanın bir müddət çox yüksək səviyyədə qalmasından sonra enerji qiymətlərinin daha mülayim olması ilə 2023-cü ildə tədricən 40 faizə düşəcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















