Rabitəbank-la DİA arasında əməkdaşlıq memorandumu imzalandı!
Sentyabrın 28-də Rabitəbank ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Memorandumu Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və DİA-nın rektoru Urxan Ələkbərov imzalayıblar.
Yarandığı tarixdən etibarən təhsilin inkişafına xüsusi diqqət göstərən Rabitəbank-ın əməkdaşlıqda məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək olmuşdur.
Memorandum çərçivəsində çıxış edərkən Aydın Hüseynov bildirib: “Rabitəbank gənclərin gələcəyinə töhfə verməyə çalışır. Buna görə də təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıqlar bizim üçün önəmlidir. DİA ilə əməkdaşlığımız çərçivəsində həm tələbələr, həm də bankın əməkdaşları bir çox xüsusi imtiyazlardan yararlana biləcəklər. Qeyd etmək istərdim ki, memorandumun nəticəsi olaraq bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin Rabitəbankın müvafiq struktur bölmələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi, tələbələrin elmi-tədqiqat işlərinin aparılması üçün Rabitəbank tərəfindən müvafiq şəraitin yaradılması və bu kimi bir çox tədbirlər nəzərdə tutulmuşdur.”
“Bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu mövzuda isə böyük maraqlarımızdan biri təcrübəli şirkətlərlə əməkdaşlıqlardır. Rabitəbank-la əməkdaşlığımızın uğurlu olacağına inanır, gələcəkdə əməkdaşlığın daha da genişlənməsi üçün müxtəlif tədbirlər görməyi planlayırıq.” – Urxan Ələkbərov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
54 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
55 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)










.jpg)








