Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilir
22-26 sentyabr tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto” qida festivalında tanıdılıb.
Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slou Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slou Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.
Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ balı, Mədrəsə üzümü, Yabanı Qafqaz itburnusu, həmçinin Azərbaycandan yox olmaq təhlükəsilə üzləşən 30-dan çox məhsulun salındığı “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.
Tədbir çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqovun iştirakı ilə Azərbaycan Turizm Bürosunun Baş icrası direktoru Florian Zenqstşmid və “Slow Food International” beynəlxalq təşkilatının Brüssel ofisinin direktoru Marta Messa arasında Azərbaycanda “Slou Fud” fəlsəfəsinin və elementlərinin davamlı inkişaf edilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi əməkdaşlıq haqqında saziş imzalanıb.
Festivalda Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova tərəfindən milli “Dad Gəmisi” menyusu ilə bağlı seminar keçirilib.
Qeyd edək ki, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda həyata keçirilən “Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin nəticəsi olaraq ərsəyə gələn “Slou Fud” turizm səyahət marşrutunun əsas məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə, yerli kulinariyanı və mədəni irsin təşviqinə, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir. “Slou fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
Dünyanın ən böyük qida festivalı hesab olunan “Terra Madre Salone del Gusto” festivalında 130 ölkə təmsil olunur. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 38 d. əvvəl
- 45 d. əvvəl
-
48 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma





























