Almaniyada tualet kağızı istehsalçıları enerji böhranı səbəbindən çətinliklər yaşayırlar
Almaniyada tualet kağızı istehsalçıları enerji qiymətlərinin artması səbəbindən istehsalın davam etdirilməsi ilə bağlı ciddi problemlər yaşayırlar.
Marja xəbər verir ki, bu barədə cümə günü Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Almaniyadakı enerji böhranı “tualet kağızı istehsalçılarına ciddi təzyiq göstərir”. Qaz, elektrik enerjisi və selüloz üzrə görünməmiş yüksək qiymətlər, eləcə də yüksək nəqliyyat xərcləri və daha güclü dollar artıq biznesi "ya istehsalı azaltmağa, ya da fəaliyyəti dayandırmağa" məcbur edir.
Sənaye analitikləri xəbərdarlıq edirlər ki, “bir çox fabriklər çətin günlər yaşayacaq”, xüsusən də havalar soyuyarsa və hökumət enerji kvotaları tətbiq etməyə məcbur olarsa.
Qəzet onu da qeyd edir ki, Almaniyanın ən böyük tualet kağızı istehsalçılarından biri olan "Hakle" artıq müflis olmaq üçün müraciət edib. Nəşrin istinad etdiyi nümayəndələrin sözlərinə görə, xərclərin artımı o qədər sürətli olub ki, rəhbərlik adekvat vaxt çərçivəsində pərakəndə satış şəbəkələri ilə satış qiymətlərinin mütənasib artımı barədə razılığa gələ bilməyib. "Artan xərclər bizə həddən artıq təzyiq göstərdi, biz çox pul itirdik", - Hakle-nin idarəedici direktoru Volker Yunq bildirib
İqtisadi fəaliyyəti davam etdirmək istəyən şirkətlər qiymət və enerji siyasətlərini kəskin şəkildə yenidən qurmalıdırlar. Xüsusilə, Almaniyanın ən böyük tualet kağızı istehsalçısı olan "Essity" artıq məhsullarının satış qiymətini 18% artırıb, boru kəmərləri əvəzinə mayeləşdirilmiş təbii qazın qəbulu üçün infrastruktur yaradıb, həmçinin hidrogendən enerji mənbəyi kimi istifadəyə icazə alıb.
Şirkətlər qarşıdan gələn qışda mümkün enerji kvotaları qarşısında hansı istehsal xətlərinə üstünlük veriləcəyini seçməli olacaqlar.
Mütəxəssislər qeyd edirlər ki, tualet kağızı istehsalçılarının çətinlikləri Almaniyada formalaşmaqda olan "sənaye tənəzzülü"nün ümumi mənzərəsinin "yalnız bir hissəsidir". Enerji qiymətlərinin hazırkı səviyyəsi ilə Almaniyanın sənayesində böhran qaçılmazdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















