"Bakıda turizm bölgəsinin yaradılması və burada mentalitet söhbətlərinin yığışdırılması təklif olunur
"Paytaxtın Bakı Bulvarı uzunluğunda 1 km enində olan şəhər hissəsi Turizm bölgəsi elan edilə bilər".
Bunu Marja.az-a "Ayaz Travel" şirkətinin ditektoru Ayaz Səmədzadə bildirib.
Onun sözlərinə görə, sahibkarların Turizm bölgəsində restoran, klub, əyləncə mərkəzləri, hotellər və s. yaradılmasına intensiv dəstək göstərmək olar:
"Bu zonada mentalitet söhbətlərini yığışdırmaq lazımdır. Turistləri qəbul edə bilməyən, görmək istəməyən bu zonaya gəlməyə, ailəsini gətirməyə bilər. Bu zonada yaşayan və turistlərə qarşı çıxanlar da ya köçə, evini, obyektini icarəyə verə bilər. Bir sıra vətəndaş "mən küçədə, həyətimizdə, binamızda hicablı ərəbləri, rus və digər xarici turistləri görmək istəmirəm" deyir. Bu cür narazılıqlara görə, mənzillərin xarici turistlərə kirayə verilməsində çətinliklər yaşanır, onlar küsürlər. Sonra da deyirlər ki, Azərbaycan filan ölkə ilə müqayisədə az turist qəbul edir. Əksər turist gecə kulublarına, kazinolara, əyləncəyə, içkilərə və s. maraq göstərir. Bunu qəbul etmək lazımdır. Rusların milyardları İstanbula və Dubaya axır. Biz belə fürsətləri də dəyərləndirə bilmiriksə onda nəyi dəyərləndirəcəyik?!".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























