Azərbaycan Kredit Bürosu “AzInTelecom”un Kibertəhlükəsizlik xidmətindən faydalandııb
Azərbaycan Kredit Bürosu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dövlət və özəl qurumlar üçün təqdim etdiyi İnformasiya təhlükəsizliyi xidmətlərindən faydalanıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, AKB-nin “findoc.az” platformasına xidmət çərçivəsində OSINT – açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması da daxil olmaqla, real kiberhücum ssenariləri ilə təhlükəsizlik simulyasiyası (penetration testing) təşkil olunub. “AzInTelecom” MMC-nin mütəxəssisləri müxtəlif təhlükəsizlik testləri həyata keçiriblər.
Kibertəhlükəsizlik xidməti çərçivəsində hazırlanmış hesabat Azərbaycan Kredit Bürosuna təqdim edilib.
Qeyd edək ki, “AzInTelecom” MMC-nin təklif etdiyi İnformasiya təhlükəsizliyi xidmətləri çərçivəsində dövlət qurumları və özəl müəssisələrə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanılır. Aşkar edilmiş boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə müştəri məlumatlandırılır və tövsiyələr verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























