FED faiz qərarını açıqladı
Fed faizini 3%-3,25% aralığına yüksəltdi.ABŞ Federal Ehtiyat Sistemi (Mərkəzi Bank, FED) faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, FED, inflyasiyanın aşağı düşməsini təmin etmək məqsədilə faizini 75 bənd artırıb və faizlər 3%-3,25% diapazonuna yüksəlib.
Bazarlarda da FED-in 75 bənd faiz artıracağı gözlənilirdi.
Qərar yekdilliklə qəbul edilib.
FED ardıcıl üçüncü dəfədir faizini 75 bənd artırıb. Beləliklə, borclanma xərci 2008-ci ildən bəri ən yüksək aralıq olan 3%-3,25% diapazonuna çatıb.
FED-in faizinin dekabr ayına qədər 4%-ə, gələn il 4.5% - 5%-ə çatacağı gözlənilir.
ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyələrindədir. ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, avqustda inflyasiya illik 8,3 faizə təşkil edib.
Bəzi iqtisadçılar FED-in faizini yüksəltməsinin iqtisadi böhrana səbəb olacağını gözləyirlər.
FED-in press-relizində növbəti iclaslarda faizin artırılmasının davam etdirilməsinin məqsədəuyğun olacağı qeyd edilib. Mətndə inflyasiyada 2%-lik hədəfə qayıtmaq əzmi də vurğulanıb.
Fed rəsmilərinin bu il üçün faiz gözləntisi 4,4%; 2023-cü ilin sonu üçün 4,6% faiz olaraq qeyd edilib. Bu gözlənti, noyabr toplantısında 75 bəndlik faiz artımının müzakirə edildiyinə diqqət çəkib.
Faiz qərarı ilə yanaşı, FED-in iqtisadi məlumatlarla bağlı proqnozları da dərc edilib. Müvafiq olaraq, Fed-in izlədiyi inflyasiya göstəricisi olan PCE inflyasiya pronozu 2022-ci il üçün 5,2 faizdən 5,4 faizə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)





