Twitter səhmdarları şirkəti İlon Maska satmağa səs veriblər
Business Insider-in məlumatına görə, şirkətin satışı ilə bağlı növbədənkənar iclas təxminən altı dəqiqə davam edib.Eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-in səhmdarları şirkəti aprel razılaşmalarının şərtlərinə əsasən 44 milyard dollara amerikalı sahibkar İlon Maska satmaq istəklərini təsdiqləyiblər.
Marja xəbər verir ki, bu barədə Business Insider xəbər portalı məlumat yayıb.
Bu addım səhmdarların əvvəllər Twitter-i almaqdan imtina etmiş İlon Maskla şirkətin məhkəmə çəkişmələrini davam etdirmək iradəsini təsdiqləyən formal prosedurdur.
Portalın məlumatına görə, şirkətin satışı ilə bağlı növbədənkənar iclas altı dəqiqəyə yaxın davam edib. Qərar ilkin səsvermənin nəticələrinə əsasən təsdiq edilib, yekun məlumatlar daha sonra Twitter tərəfindən açıqlanacaq.
Aprel ayında şirkət Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini və müqavilə bağlandığını açıqlamışdı. May ayında sahibkar şirkətdən reklam xarakterli mesajların kütləvi şəkildə göndərilməsi üçün istifadə edilən saxta hesabların Twitter-də onların ümumi sayının 5%-dən azını təşkil etdiyini təsdiqləyən məlumat almağa çalışdığını söyləyib. Ona belə bir məlumat verilməyib və iyulun əvvəlində Maskın vəkilləri şirkətə onun satın almaqdan imtina etməsi barədə məlumat veriblər.
İyulun 12-də Twitter, Maskı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. İyulun 29-da sahibkar Delaver məhkəməsində şirkətə qarşı əks iddia qaldırıb. CNBC -nin məlumatına görə , Mask məhkəmədən iddianın təfərrüatlarını gizli saxlamağı xahiş edib.
Məhkəmə iclasları oktyabr ayına təyin edilib. Məhkəmədə sosial şəbəkə rəhbərliyinin ona saxta hesabların nisbəti ilə bağlı lazımi məlumat vermədiyi üçün Maskın Twitter ilə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ olub-olmadığı müəyyən edilməlidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















