Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və Rusiya rəqabət sahəsində əməkdaşlıq haqqında anlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Rusiya rəqabət sahəsində əməkdaşlıq haqqında anlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında rəqabət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Reklam_3_11

Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar.

Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Dövlət Xidmətinin nümayəndələri həmçinin, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 53-cü  iclasında da iştirak ediblər. Tədbirdə Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev “Haqsız rəqabət sahəsində hüquqi-praktiki təcrübələr” mövzusunda təqdimatla çıxış edib.

12.09.2022 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18