Məlumatlar Putinin taxıl koridoru barədə dediklərini təsdiq etmir
Bloomberg-in araşdırmasına görə, məlumatlar Rusiya prezidenti Vladimir Putinin “Ukraynadan ixrac edilən taxıl inkişaf etməkdə olan ölkələrə çatmır” tənqidini dəstəkləmir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2 milyon tondan çox taxıl məhsulunun 400 min tonu Afrikaya, 600 min tondan çoxu isə Asiya və Yaxın Şərqə çatdırılıb.
Rusiya prezidenti Vladimir Putinin inkişaf etməkdə olan ölkələrin Ukrayna taxılına dair təhlükəsiz dəhliz sazişindən faydalanmadıqları ilə bağlı iddiaları rəqəmlərlə dəstəklənmir.
Marja xəbər verir ki, Putin razılaşmanı "aldadıcı" adlandırmasına baxmayaraq, saziş çərçivəsində 2 milyon tondan çox taxılın əhəmiyyətli hissəsi inkişaf etməkdə olan ölkələrə çatıb.
Putin bildirib ki, “taxılın demək olar ki, hamısı” Avropa Birliyi ölkələrinə gedir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Ukraynadan çıxan gəmilərlə daşınan təxminən 400 min tondan çox kənd təsərrüfatı məhsulları Afrikaya, 600 min tondan çoxu isə Asiya və Yaxın Şərqə çatdırılıb.
Taxılın Misir, Somali, Keniya və Sudana da çatdırılma həyata keçirilib. Həmçinin BMT-nin məlumatına görə, dünyanın ən böyük un daşıyıcısı olan Türkiyə daxil olan taxılların bir hissəsini üyüdərək yenidən ixrac edə bilər.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan razılaşma qlobal taxıl qiymətlərinin və ərzaq inflyasiyasının aşağı düşməsinə kömək edib. Putinin son açıqlamaları 120 günlük razılaşmanın gələcəyini mübahisəli edib.
Avropa İttifaqı ölkələri qarğıdalı, buğda və bitki yağı daxil olmaqla tədarükün üçdə ikisini alıb. Ölkələrin reytinqində Türkiyədən sonra ən çox çatdırılma İspaniyaya edilib.
BMT-nin sözçüsü Stephane Dujarric çərşənbə günü deyib: "Bu təşəbbüs topdansatış səviyyəsində qlobal qiymətləri aşağı salmaq məqsədi daşıyır. Dünya Ərzaq Proqramı çərçivəsində Ukrayna taxılı Efiopiya üçün Cibutiyə çatdırılır. Yəmənə də çatdırılmalar həyata keçiriləcək”.
Rusiya müharibə başlayandan bəri böyük miqdarda taxıl ixrac edib. Lakin mövsümün əvvəlindən sanksiyaların dolayı təsiri olaraq daşıma şirkətləri maliyyə və logistik çətinliklərlə üzləşib.
Rusiya rəsmiləri bu həftə Cenevrədə BMT nümayəndələri ilə Rusiyanın qida və gübrə ticarəti ilə bağlı problemləri müzakirə ediblər.
Xatırladaq ki, Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün “dələduzluq” olduğunu bildirib:
"Gördüklərimiz başqa bir həyasızcasına saxtakarlıqdır. Bu, bizimlə bağlı deyil, bu, beynəlxalq ictimaiyyətin aldadılması, Afrikadakı, ərzağa ciddi ehtiyacı olan digər ölkələrdəki tərəfdaşların aldadılmasıdır, bu, sadəcə olaraq bir dələduzluq, alçaq və həyasızlıqdır”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 d. əvvəl
- 16 d. əvvəl
-
-
56 d. əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
58 d. əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
- 1 saat əvvəl
-
1 saat əvvəl
Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
-
1 saat əvvəl
Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin layihəsini Prezidentə təqdim edəcək
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
2 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
3 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
Son Xəbərlər

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

Bakıda “BYD” ilə müzakirələr aparılıb

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
