Sterlinq/dollar 37 illik minimuma enib
Dolların bahalaşması və ölkədə iqtisadi mənzərənin pisləşməsi fonunda funt sterlinq 1985-ci ildən bəri ən aşağı səviyyəyə enib.Funt serlinq, ölkədəki iqtisadi vəziyyətin ağır olması və dolların bahalaşması səbəbindən ABŞ valyutası qarşısında son 37 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja.az xəbər verir ki, funt 1% də ucuzlaşaraq 1,1410 dollara düşüb. Bu səviyyə sonuncu dəfə 1985-ci ildə Marqaret Tatçerin baş nazir olduğu zaman müşahidə edilib.
Ada ölkəsi ikirəqəmli inflyasiya və uzunmüddətli iqtisadi tənəzzül təhlükəsi ilə üz-üzədir. İngiltərə Mərkəzi Bankı (BOE) da bir ildən artıqdır ki, iqtisadiyyatın tənəzzülə uğraya biləcəyi barədə xəbərdarlıq edib.
Sonuncu dəfə funt-sterlinq dollar qarşısında bu səviyyələrə düşərkən dünyanın ən zəngin ölkələri ABŞ valyutasını zəiflətmək məqsədi daşıyan Plaza Müqaviləsi imzalamışdı.
Dollar digər inkişaf etmiş ölkələrin valyutaları qarşısında bahalaşarkən, sterlinqin ucuzlaşması dərinləşib və faiz artırmaq sürətində FED-ə çatmaq üçün İngiltərə Mərkəzi Bankına təzyiqlər artıb. İqtisadiyyatın gözlənilən azalmasının sterlinqə təsiri və artan ticarət kəsiri valyutanın bu il 15% dəyər itirməsinə səbəb olub ki, bu da 2016-cı ildən bəri ən böyük enişdir. Digər tərəfdən, baş nazir seçilən Liz Trussın iqtisadi gündəmi ilə bağlı narahatlıqları da valyutaya təzyiqi artırır.
Qeyd edək ki, 2021-ci ilin mayında 1 funt sterlinq 1.42 dollaradək bahalaşmışdı. 2021-ci ilin sentyabrında isə 1 funt sterlinq 1.72 dollara bərabər idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)








.jpg)






