Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında fərmanının icrası məqsədilə dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) xidmət səviyyəsinin artırılması, daha çevik İT həllərə malik olmaq məqsədilə hazırda istifadə etdiyi bulud xidmətlərini genişləndirmək qərarı verib.
Prosesin detallarının müzakirə olunması və razılaşdırılması ilə bağlı “AzInTelecom” rəsmiləri ilə ADRA rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ötən ildən başlayaraq İT resurslarının “Hökumət buludu”na miqrasiyasını həyata keçirən Azərbaycan Dövlət Reklam Agentliyinin indiki mərhələdə də “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmətlərdən yararlanmaqda maraqlı olduğu vurğulanıb.
ADRA bulud xidmətləri çərçivəsində infrastruktur (IaaS) və rezervləmə (BaaS) xidmətlərindən faydalanır.
Agentliyə məxsus biznes-kritik sistemlər, habelə sahibkarlara açıq məkanda reklamlara icazə verilməsi üçün istifadə edilən İcazələr sistemi “AzInTelecom” MMC-nin təqdim etdiyi bulud xidmətlərində yerləşdirilib.
Azərbaycan Dövlət Reklam Agentliyi İT resurslarını “Hökumət buludu”nda yerləşdirməklə biznes üçün kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) malikdir.
“AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzi Yevlax Əlçatanlıq Zonası vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyət göstərməsi (DRaaS) xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Əlçatanlıq Zonasında saxlanılır və real vaxt rejimində xidmət göstərilərək fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin edilir.
Əlçatanlıq Zonasının keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























