OPEC+ ölkələri oktyabrda neft hasilatını gündəlik 100 min barel azaltmaq qərarına gəliblər
OPEC+ nazirlərinin konfransı başa çatıb, alyans üzvləri oktyabrda neft hasilatının 100 min gün/barel azaldılmasını təsdiqləyiblər.
Bu məlumat OPEC-in saytında dərc olunan yekun kommünikedə təsdiqlənib.
OPEC sənədi təsdiq edir ki, ittifaq ölkələri hasilatı sutkada 100 min barel azaltmaqla avqust ayı hasilat səviyyəsinə qayıtmağa razılaşıblar. Bununla yanaşı, vurğulanır ki, hasilatın sutkada 100 min barel artırılması ilə bağlı bir ay əvvəl qəbul edilmiş qərar yalnız sentyabr ayına şamil edilib.
Sənəddə o da qeyd olunur ki, OPEC+ ölkələrinin nazirləri bazardakı vəziyyətə cavab vermək üçün istənilən vaxt görüşləri keçirmək qərarına gəliblər. OPEC+-ın növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.
Oktyabr ayı hasilat cədvəlinə əsasən, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını sutkada 26 min barel azaldaraq 11,004 milyon barelə qədər azalda biləcək. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi avqust ayı səviyyəsinə qayıda bilər - sutkada 43,854 milyon barel.
OPEC+un qərarından sonra neft qiymətləri yüksəlməyə başlayıb. Bakı vaxtı ilə saat 17:00-da Brent nefti 3,5% bahalşama ilə 96,39 dolardan ticarət olunub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 37 d. əvvəl
-
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























