"Artıq “Bank Standard”ın əmlakları konkret adamlara satılıb"
Azərbaycan Mərkəzi Bankı (AMB) ləğvetmə prosesində olan “Bank Standard” QSC-də vaxtilə baş verən qanunsuzluqlara göz yumub.
Bunu Bankın bu gün keçirilən Kreditorlar Komitəsinin IV iclasında qurumun sədri Əkrəm Həsənov deyib.
“Bu bankın 2013-cü ildən bəri auditi aparılmayıb. Əgər audit olsaydı, vaxtında onun vəziyyətini qiymətləndirib lisenziyasını ləğv etmək olardı. Bununla bağlı AMB-yə suallar göndərmişik, şəxsən qurumun sədri Elman Rüstəmova müraciət etmişik, onların apardığı yoxlama sənədlərini istəmişik. Amma bizə cavab AMB-nin baş direktoru Rəşad Orucovdan gəlib və bildirilib ki, yoxlama sənədləri verilə bilməz. Halbuki, bağlanmış bankda bank sirri ola bilməz”.
Daha sonra Ə.Həsənov deyib ki, o, “Bank Standard”la bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib, sorğu göndərib, amma qurum ona cavab verməyib.
Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi Komitə “Bank Standard”ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) isə Bankın əmlakının necə satılacağını öyrənmək istəyir:
“Mənə deyirlər ki, artıq “Bank Standard”ın əmlakları konkret adamlara satılıb. Buna görə də, Fond bizə hərrac qaydalarını təqdim etməlidir. Biz bu əmlakların necə satılması ilə tanış olmalıyıq. Fondun əməkdaşlıq etdiyi hərrac təşkilatlarının əmlakların satışı ilə bağlı aztirajlı mətbuat orqanlarında elan verdikləri bildirilir, bu isə həmin əmlakların normal qiymətə satılmasına imkan vermir. Onu da deyim ki, Bankın 31 əmlakının dəyəri “KPMG” audit şirkəti tərəfindən cəmi 36 mln. manat məbləğində qiymətləndirilib, bu da şübhələr yaradır. Fond bu əmlakların necə qiymətləndirilməsinə aydınlıq gətirməlidir. Əgər Vergilər Nazirliyinə qiymətləndirmə lazım olsaydı məbləği böyük çıxarardılar”.
Ə.Həsənov həmçinin təklif edib ki, ADIF “Bank Standard”a borclu olan fiziki və hüquqi şəxslər barədə Kreditorlar Komitəsinə məlumat versin:
"Bizdə olan məlumata görə, yüksək vəzifəli şəxslərin qohumları, şirkətləri "Bank Standard"dan təminatsız kreditlər götürüb. Buna görə də, həmin məlumatlar gizlədilir. Bu vəsaitin Banka qaytarılmasını həmin fiziki və hüquqi şəxslərdən tələb etməliyik".
Fondun iclasda iştirak edən rəsmiləri isə bildiriblər ki, bank sirri hesab olunmayan bütün məlumatlar Komitəyə və ictimaiyyətə təqdim edilir.
İclas davam edir.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat sonra
- 15 d. əvvəl
-
23 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 45 d. əvvəl
-
53 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"


















.jpg)





