Azərbaycan şirkəti yarım ildə 602 milyon manatdan çox xalis mənfəət əldə edib
Kommersiya hava daşımaları ilə məşğul olan "Silk Vey Vest Aviaşirkəti" MMC 2022-ci ilin 1-ci yarısını 602 milyon 314 min manat xalis mənfəət ilə başa vurub. Bu, hər gün orta hesabla 3,3 milyon manatdan çox xalis qazanc deməkdir.
Marja.az xəbər verir ki, 2022-ci ilun yanvar-iyun dövründə "Silk Vey Vest Aviaşirkəti"nin cəmi əməliyyat gəlirləri 1 milyard 793 milyon 102 min manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə "Silk Vey Vest Aviaşirkəti" MMC-nin cəmi əməliyyat gəlirləri 2 milyard 906 milyon 667 min manat, xalis mənfəəti isə 920 milyon 230 min manat təşkil etmişdi. Şirkət 2020-ci ildə isə 2 milyard 388 milyon 576 min manat cəmi əməliyyat gəlirləri, 630 milyon 392 min manat xalis mənfəəti əldə etmişdi.
30.06.2022-ci il tarixində "Silk Vey Vest Aviaşirkəti" MMC 1075 işçiyə malik olub.
Heydər Əliyəv Beynəlxalq Aeroportunda fəaliyyət göstərən "Silk Vey Vest Aviaşirkəti" MMC-nin 100%-i "Silk Way Aviaşirkəti" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
18 d. əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
-
- 20 d. əvvəl
- 27 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
Azərbaycana çay idxalı 23% azalıb
Ən çox oxunanlar
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"






.jpg)
.jpg)












.jpg)

