“Fortis Academy”də hazırlıq keçən 48 şagirddən 46-sı ali məktəblərə qəbul olunub
(®) Hər zaman öz uğurlu nəticələri ilə gündəmə gələn “Fortis Academy” bu il də böyük uğura imza atdı!
Belə ki, 2021-2022-ci tədris ilində məzun olan 48 şagirdin 46-sı muxtəlif ali məktəblərə qəbul olub.
“Fortis Group”-un İdarə Heyətinin Sədri Elşad Bayramovun bildirdiyinə görə 20 müəllimin çalışdığı, davamlı olaraq yüksək nəticə göstərən bu təhsil ocağının şagird tutumunun artırılması daim diqqət mərkəzindədir.
Belə ki, təsis olunduğu 2019-2020-ci tədris ilində “Fortis Academy”də 120 şagird təhsil alırdı. Pandemiyanın geniş yayıldığı 2020-2021-ci tədris ilində də bu say qorundu. 2021-2022-ci il tədris ilində şagird sayı 150-yə, 2022-2023-cü illəri əhatə edən yeni tədris ilində 33% artırılaraq 200 şagirdə çatdırılıb.
“Bu layihə xeyriyyə məqsədli və yüksək ictimai faydaya malik Korporativ Sosial Məsuliyyət layihəsi olduğundan ona hər zaman yüksək diqqət göstərmişik. Uğurlu nəticələrə görə əməyi olan hər kəsə öz təşəkkürümü bildirir, tələbə adını qazanmış məzunları isə bir daha təbrik edirəm!” - Elşad Bayramov bildirib.
Qeyd edək ki, “Fortis Academy” “Fortis Group” MMC tərəfindən həyata keçirilən təhsilin inşasına dəstək sosial layihəsidir.
Təhsilə marağı olan şəhid, qazi və sosial təminatı zəif olan ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin bütün xərcləri “Fortis Group” tərəfindən qarşılanır. Burada 9, 10, 11-ci sinif şagirdləri tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 23 d. əvvəl
-
-
54 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























.jpg)
