“Qazprom” rekord xalis mənfəət əldə edib
Sanksiyaların təzyiqi və əlverişsiz xarici mühitə baxmayaraq, 2022-ci ilin birinci yarısında “Qazprom” beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) görə rekord məbləğdə - 2,5 trilyon rubl xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, bunu “Qazprom” Qrupu rəhbərinin müavini Famil Sadıqov bildirib.
“Sanksiyalar təzyiqinə və əlverişsiz xarici mühitə baxmayaraq, 2022-ci ilin birinci yarısında “Qazprom” Qrupu xalis borcunu və borc yükünün səviyyəsini minimum səviyyəyə endirməklə yanaşı, BMHS üzrə rekord gəlir və xalis mənfəət əldə edib. Xalis mənfəət 2,5 trilyon rubl təşkil edib”, - deyə o bildirib.
Ötən həftə Londonun ICE birjasında ticarət zamanı Avropada qazın qiyməti 1000 kubmetr üçün 3500 dolları ötüb, martın əvvəlindən bəri ilk dəfə tarixi rekorda yaxınlaşıb. 2022-ci il martın 7-də qazın birja qiyməti təxminən 3900 dollara çatmışdı.
“Qazprom”un səhmləri təxminən 6% bahalaşıb.
Moskva birjasında “Qazprom” səhminin qiyməti 5,99% artaraq bir səhm üçün 201,38 rubl təşkil edib. “Qazprom”un səhmlərinin dəyəri sonuncu dəfə 2022-ci il iyulun 8-də 200 rublu ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















