Dövlət şirkətinin törəməsindən "Maybo" şirkətinə 1,5 milyon manatlıq sifariş
“Daşkəsən Dəmir Filiz” MMC laboratoriyanın qurulması üçün tələb olunan mal-material və avadanlıqların alınmasına 1 milyon 553 min manat xərcləyir.“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti "Topoqrafiya, dizayn və planlama işləri üçün proqram təminatları üzrə lisenziyaların satın alınması" və "Laboratoriyanın qurulması üçün tələb olunan mal-material və avadanlıqların satın alınması" ilə bağlı keçirdiyi tenderləri yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Datum" MMC və "Maybo" MMC şirkətləridir.
“Daşkəsən Dəmir Filiz” "Datum" MMC ilə məbləği 153 min 500 manat olan, "Maybo" MMC ilə məbləği 1 milyon 553 min 488 manat olan müqavilə imzalayıb.
"Daşkəsən Dəmir Filiz " MMC “AzerGold” QSC-nin törəmə müəssisəsidir. "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























