Xəbərdarlıq: Avropada 5-10 qış qorxunc olacaq
Belçikanın energetika naziri xəbərdarlıq edib ki, yaxın 5-10 il ərzində qazın qiymətində yuxarı hədd olmasa, Avropanı qorxunc qışlar gözləyir.Belçikanın energetika naziri Tinne Van der Straeten xəbərdarlıq edib ki, Avropa İttifaqında qazın həddindən artıq yüksək qiymətlərinə tez bir zamanda tavan qiymət tətbiq olunmasa, Avropada növbəti 5-10 qış "qorxunc" olacaq.
Marja xəbər verir ki, Van der Straeten bazar günü Twitter-də, "Heç bir şey edilməsə, növbəti 5-10 qış qorxunc olacaq. Biz qazın qiymətinin dondurulmasına çalışmalıyıq", - yazıb.
Van der Straeten bildirib ki, qiymət həddi enerji xərclərini 770 avro səviyyəsinə endirməyə kömək edə bilər.
Rusiyanın Ukraynaya hücumu Kremlə qarşı misli görünməmiş bir sıra cəza sanksiyalarına səbəb olub və qaz qiymətləri rekord həddə çatıb. Bu da elektrik enerjisinin qiymətlərini artırıb.
Belçikalı Van der Straeten deyib ki, qaz qiymətləri ilə elektrik enerjisi qiymətləri arasında əlaqə təcili islahatlar tələb edir.
“Avropanın enerji bazarı iflasa uğrayıb və təcili islahatlara ehtiyac var. Bu qiymətlər artıq bir çox ailələr və şirkətlər üçün məqbul deyil. Danışmaq vaxtı bitdi, indi qərar vermək vaxtıdır”,- Van der Straeten əlavə edib.
Qeyd edək ki, Sentyabrın 9-da Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri fövqəladə toplantı keçirərək təbii qaz və elektrik enerjisinin qiymətlərinin sürətlə artırılmasını müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























