Avropanın indiyə qədər yaşadığı ən böyük böhran
Borrell sanksiyaların Avropa İttifaqı üçün ciddi nəticələri barədə xəbərdarlıq edib. Avropa diplomatiyasının rəhbəri enerji böhranını “Avropanın indiyə qədər yaşadığı ən böyük böhran” adlandırıb.Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ciddi çətinliklərlə üzləşib.
Marja xəbər verir ki, bunu bazar günü Avstriyanın “Kronen Zeitung” qəzetinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
"Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, onun bizim texnologiyamıza ehtiyacı olacaq. Əlbəttə, biz qısamüddətli perspektivdə böyük problemlərlə üzləşirik. Qazın qiymətinin qalxması danılmazdır. Amma biz azadlığın bədəlini ödəməyə hazır olmalıyıq", - Borrell bildirib.
O, enerji böhranını “Avropanın indiyə qədər yaşadığı ən böyük böhran” adlandırıb. "Əvvəl borc böhranı, sonra pandemiya, indi isə enerji. Yeganə həll yolu birlikdir", - Avropa diplomatiyasının rəhbəri bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının "rəhbərlərinin" yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
39 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























