Neft, təklif tərəfindəki problemlər ilə bahalaşır
Tədarük proqnozu ilə bağlı narahatlıqlar fonunda neft yeni həftəyə bahalaşaraq başlayıb.
Marja xəbər verir ki, Liviyada toqquşmalar neft daşmalarını yenidən risk altına qoya biləcək daha çox qarışıqlıq qorxusuna səbəb olub.
Həmçinin, İran bildirib ki, Avropa Birliyinin nüvə sazişini canlandırmaq təklifi ilə bağlı ABŞ-la məsləhətləşmələr gələn aya qədər davam edəcək və bu vəziyyət də neft axınının artmasına zəmin yaradacaq razılaşmanın uzana biləcəyinə işarədir.
Xam neft, mərkəzi bankların aqressiv şəkildə faiz artırmaları və istehlaka zərər verməsi nəticəsində qlobal artımın yavaşlayacağı qorxusu ilə ucuzlaşmışdı.
Səudiyyə Ərəbistanı, Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqlərinin dəstəyi ilə hasilatı azalda biləcəyi ehtimalını gündəmə gətirib.
Bunlardan başqa, Qazaxıstan xam neftinin ixrac terminalından daşınmasında fasilələr yaranıb.
Qısası, neft təklif tərəfindəki problemlər ilə əlaqədar olaraq bahalaşır. Bakı vaxtı ilə saat 08:27-yə olan məlumata görə, Brent nefti 1%-ə yaxın bahalaşma ilə 101,89 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















