Niva Travel 2022-nin satışı başlayır
Avtomobilin pərakəndə satış qiyməti təxminən 1 milyon rubl (cari məzənnə ilə 28,300 manat) olacaq.
Avtomobil dilerləri 28 avqust 2022-ci il tarixində yenilənmiş Lada Niva Travel-in rəsmi satışının başlayacağını gözləyirlər.
Marja xəbər verir ki, bu barədə TASS-a AvtoVAZ-ın bir neçə iri diler şəbəkəsinin nümayəndələri məlumat veriblər.
Avtomobilin tövsiyə olunan pərakəndə satış qiyməti təxminən 1 milyon rubl (cari məzənnə ilə 28 min 300 manat) təşkil edir.
"Niva Travel-in satışlarının avqustun 28-də başlaması planlaşdırılır. Niva Travel-ə həmişə olduğu kimi müəyyən tələbat var. Bu avtomobil ovçuluq və balıqçılıq məqsədləri ilə alınır" , - deyə “Praqmatika” Şirkətlər Qrupunun inkişaf direktoru Aleksandr Şaprinski bildirib.
Eyni zamanda, BN-Motors Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri, Rusiya Avtomobil Dilerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldin də TASS-a avtomobilin rəsmi olaraq avqustun 28-də satışa çıxarılacağını təsdiqləyib. Onun sözlərinə görə, yenilənmiş Niva Travel üçün tövsiyə olunan pərakəndə satış qiyməti 998 min rubl təşkil edəcək ki, bu da "gənc" model - Niva Legend-dən demək olar ki, 200 min rubl çoxdur.
Podşekoldinin sözlərinə görə, satışların rəsmi olaraq avqustun 28-də başlamasına baxmayaraq, avtomobil yalnız sentyabrın əvvəlində dilerlərə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
17 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 24 d. əvvəl
- 59 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Tesla-nın satışları rekord səviyyəyə çatıb

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub
Ən çox oxunanlar

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
