Azercell-in əsas tərəfdaşlığı ilə “Qadın Dəstək Xətti” xidməti yaradılıb
11611 nömrəsi indi həm də qadınlara dəstək verəcək
(®) Azercell-in dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək. “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir.
Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
