“İşi bilən də, bilməyən də Çindən maşın gətirir” – MÜSAHİBƏ
"15 brenddən 5 və ya 6-ı bazarda qalacaq".
"Cahan Motors" şirkətinin satış departamentinin rəhbəri Fərhad Hüseynov ilə müsahibə.
Doğüm tarixi: 1992 ci il
Avtomobil sektorunda fəaliyyəti müddəti: 2015 ci ildən
Satışını həyata keçirdiyi Çin brendləri: CHANGAN, BAİC, GAC, JAC ( 2015-2020), MG, GEELY, ZX AUTO ( 2015)
Hal-hazırda satışını həyata keçirdiyi markalar: FAW ( BESTUNE VƏ HONGQİ), ZX AUTO, LİFAN ( 2020-dən bu günə kimi )
- Bildiyimiz kimi siz Çin avtomobil bazarı üzrə barmaqla sayılası mütəxəsislərdənsiniz. Hal-hazırda bu qədər Çin markasının Azərbaycanda satılması yerli avtomobil bazarına nələri vəd edir?
-Hazırda bu qədər Çin markasının Azərbaycan bazarında olması Çin avtomobilləri üçün böyük təkandı. Çünki bu brendlər bazar payının artıq 35 faizini əhatə edir. Bu gün demək olarki hər bir avto salon, diler bir Çin avtomobil markası idxal edir. Sadəcə bir nüans var. Hal hazırda bazarda olan Çin markaları əsasən 2020 ci ildən ölkəmizdə fəaliyyətə başlayıb. Belə olan halda məlum olur ki, əksər dilerlərin nümayəndələri Çində bu istehsalçıların zavodlarında olmayıb və marka ilə, zavodun istehsal prosesi ilə yaxından tanış olmayıblar. Bu isə onlar üçün neqativ haldır. Hətta bəzi dilerlərin satış təmsilçiləri nəinki özləri, sifarişi verən rəhbər şəxsləri zavodu görmədən digər markaları açıq aşkar pisləyirlər. Bu isə rəqabət etiketi baxımından çox mənfi haldır. Hətta bir çoxları marka haqda şişirdilmiş məlumatları belə təqdim etməkdən çəkinmirlər.
Digər problemli məsələ isə markaların servisləri ilə bağlıdır. Bir çox markaya görə keyfiyyətli servis xidməti təşkil edən markalarında adına söz gəlir. Məsələ burasındadır ki, bir çox şirkətlərdə ehtiyyat hissələri tapılmır, bəzi şirkətlər isə Çinin özündə belə təqdim edilməyən şişirdilmiş zəmanət verirlər. Bu isə yekunda Çin markalarının adına mənfi təsirini göstərir.
- Rəqabət dahada güclənir, bu sizə çətinlik yaratmırki?
- Rəqabət gözəldi. Lakin düzgün rəqabət. Rəqabət şirkətləri daha da aktiv olmağa vadar edir. Bu müsbət haldır.
- Hal hazırda satışılarını həyata keçirdiyiniz markaya rəqib kimləri görürsünüz?
-Hal hazırda bizim təqdim etdiyimiz premium klas avtomobil olan HongQi üçün rəqib demək olar yoxdu.
-Niyə bütün avtomobil idxalçıları Çin markalarına meyl edir?
- Qeyd etdiyim kimi hamı Çin markası idxal etməyə çalışır. Bu isə əslində elədə müsbət hal deyil. Çünki Çin bazarı, Çin zavodları tam fərqli məcrada fəaliyyət göstərir. Mənim özümün 7 illik təcrübəm olduğu üçün Çin zavodları, markaları ilə işləməkdə çətinlik çəkmirəm. Amma təəssüflər olsun indi işi bilən də, bilməyən də Çindən maşın gətirir. Mən deyərdim ki, yekunda 15 brenddən 5 və ya 6-ı bazarda qalacaq.
- Müsahibəyə görə, təşəkkür edirəm.
-Sağ olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 d. sonra
-
- 2 d. əvvəl
-
10 d. əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
22 d. əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 48 d. əvvəl
-
1 saat əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
-
1 saat əvvəl
“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
-
1 saat əvvəl
Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Macarıstan Fransa şirkətindən qaz alacaq

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Ən çox oxunanlar

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ
