Dollar qlobal bazarlarda bahalaşır
Çin sədri Xi Jinping (Si Cinpin) və Rusiya prezidenti Vladimir Putinin G-20 sammitinə qatılmağı planlaşdırdıqları xəbəri qlobal bazarlarda geosiyasi riski artırıb, eyni zamanda dollarla "təhlükəsiz liman" alışlarını dəstəkləyib.Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin G-20-yə qatılmaları planları geosiyasi gərginliyi artırıb.
Marja xəbər verir ki, Bloomberg Dollar İndeksi 0,2 faiz də artaraq ardıcıl üçüncü ticarət günündə yüksəlib. Bir çox inkişaf etməkdə olan ölkələrin valyutaları dollar qarşısında dəyər itirir.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi üç baza bəndi artaraq 2,91%-ə çatıb.
Noyabrda keçiriləcək G-20 sammitinə ev sahibliyi edəcək İndoneziya prezidenti Coko Vidodo (Joko Widodo), Çin Dövlət Başçısı Si Cinpinin və Rusiya Prezidenti Vladimir Putinin Balidə keçiriləcək G-20 sammitində iştirak etməyi planlaşdırdıqlarını açıqlayıb.
Cümə axşamı Bloomberg-in baş redaktoru Con Mikletveytin suallarını cavablandıran Coko Vidodo, “Şi Cinpinq gəlir. Putin mənə dedi ki, o, sammitdə iştirak edəcək", deyib.
Si Cinpin və Vladimir Putinin sammitdə iştirakı Ukrayna müharibəsinin və Tayvanda artan gərginliyin kölgəsində iki liderin ABŞ prezidenti Co Baydenlə təkbətək görüşə biləcəkləri deməkdir. Bayden, Ukraynanı işğal etdikdən sonra Rusiyanın G-20-dən çıxarılmasını istəmiş və ABŞ rəsmiləri İndoneziyaya Putini Bali sammitindən kənarlaşdırmaq üçün təzyiq etmişdilər.
Digər tərəfdən, Bayden və Si G-20 sammitində baş tutacaq ilk üz-üzə görüş üçün qapını açıq qoysalar da, Pelosinin səfərindən sonra Çinin Tayvan adası ətrafında keçirdiyi hərbi təlimlər səbəbilə ABŞ-Çin münasibətləri pisləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















