Rusiya şirkəti Bakı metrosu üçün vaqonların istehsalını davam etdirir
Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində Bakı metropoliteni üçün innovasiyalar baxımından müasir standartlara cavab verən vaqonlar 81-765.B/766.B. tipli vaqonların istehsalı davam etdirilir.
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə uyğun olaraq, adıkeçən müəssisə 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni” QSC-ni hər il 20 vaqon olmaqla, ümumilikdə 60 yeni vaqonla təmin etməlidir. Əvvəlki iki ildə belə vaqonlardan 40-ı Bakı metropoliteninə gətirilərək, sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.
Cari ildə Bakı metropoliteninin yerli texniki-istismar tələblərinə uyğun istehsalı aparılan bir qatarın rənglənməsi prosesi artıq başa çatdırılıb. Hazırda mexaniki, pnevmatik, elektrik hissələr quraşdırılır. Bu xüsusda elektrik sistemində yüksək gərginlikli dövrələrin montajı tamamlanmaqdadır. Vaqon qapıları sisteminin quraşdırılması da son mərhələdədir. İstehsalın yekun mərhələsində quraşdırılan vaqonaltı avadanlığın, o cümlədən dartı mühərriki və təkər cütlərinin yığılması prosesi də bitmək üzrədir.
Tədarükçü müəssisə yaxın vaxtlarda qatarda işləri tamamlayaraq sınaqlara başlayacaq. Sonra “Bakı Metropoliteni” QSC nümayəndələrinin iştirakı ilə vaqonların yekun sınaqları və qəbulu əməliyyatları aparılacaq.
81-760.B/761.B/763.B tipli vaqonlar haqqında qısa olaraq əlavə edək ki, baş vaqonlar 38 oturacaqlı olmaqla, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla 328 yerlikdir. Vaqonlar mikroiqlim nəzarəti, o cümlədən soyutma və ultrabənövşəyi bioloji təmizləmə sistemləri ilə təchiz olunur. Salon qapıları daha enlidir və bu, sərnişinlərin minib-düşməsini sürətləndirir, avtomatik sensorlu açılıb-bağlanma sistemi isə təhlükəsizliyi artırır. Mobil cihazların doldurulması, müasir erqonomik işıqlanma sistemləri, tutacaqlar, vaqondan vaqona birbaşa keçidlər, sərnişin salonunun dizaynı və digər məsələlərin hər biri sərnişin rahatlığını optimallaşdırır.
Daxili videomüşahidə və yanğın əleyhinə müasir avtomatik sistemlərin tətbiqi hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Maşinist kabinası avtomatik idarəetmə, sayıqlığa nəzarət və intellektual dəstək sistemləri ilə təchiz edilib. Məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi hərəkət təhlükəsizliyi və idarəetmə rahatlığını optimal həddə çatdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








