Avrozonada inflyasiya iyulda pik həddə çatıb
Avro Bölgəsində illik inflyasiya iyul ayında enerji qiymətlərinin artması səbəbindən 8,9 faizlə rekord səviyyəyə çatıb.Avropa Statistika Xidməti (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsi üçün illik inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, Avro Bölgəsində iyunda 8,6% olan illik inflyasiya, iyul ayında 8,9%-ə yüksəlib.
Avropa İttifaqında iyunda 9,6 faiz olan illik inflyasiya iyulda 9,8 faiz təşkil edib.
İnflyasiya ötən ilin iyul ayında Avro Bölgəsində 2,2 faiz, Aİ-də isə 2,5 faiz təşkil etmişdi.
Beləliklə, iyul ayında Avro zonasında inflyasiya Eurostat tərəfindən məlumatların toplandığı son 25 ildə ölçülən ən yüksək səviyyədə olub.
İyul ayında Avro Bölgəsində illik inflyasiya artımına 4,02% ilə enerji məhsulları ən böyük töhfəni verib. Enerjinin ardınca 2,08 faizlə qida, alkoqol və tütün məmulatları, 1,6 faizlə xidmətlər və 1,16 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir.
İyulda inflyasiya Estoniyada 23,2 faiz, Latviyada 21,3 faiz, Litvada 20,9 faiz, Çexiyada 17,3 faiz, Bolqarıstanda 14,9 faiz, Macarıstanda 14,7 faiz, Polşada 14,2 faiz, Rumıniyada 13 faiz, Slovakiyada 12,8 faiz, Xorvatiyada 12,7 faiz, Sloveniyada 11,7 faiz, Hollandiyada 11,6 faiz, Yunanıstanda 11,3 faiz, İspaniyada 11,3 faiz, Belçikada isə 10,4 faiz təşkil edib.
Beləliklə, Aİ-yə üzv olan 27 ölkədən 16-sında inflyasiya ikirəqəmli səviyyəyə çatıb.
İnflyasiya Almaniyada 8,5 faiz, İtaliyada 8,4, Fransada isə 6,8 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























